Sizin reklam burada
Sizin reklam burada

Əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb

Əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb
Qubada əlillik dərəcəsinin təyin edilməsi üçün mərkəzləşdirilmiş qaydada əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb.

Bu barədə Oxu.Az-a Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru, doktor Əlyar Sərvərov məlumat verib.

O bildirib ki, insanlara əlillik dərəcəsinin düşüb-düşmədiyinin müəyyən edilməsi üçün həkim yoxlaması təşkil ediləcək:

“Əlilliyi olan şəxs xəstəxanaya müraciət edir. Mərkəzləşmiş qaydada bütün əlillik dərəcələri üçün xəstə müxtəlif profillər üzrə həkimlərin əyani müayinəsindən keçirilir. Bütün nəticələr pasiyentin gözü qarşısında açıqlandığı üçün hər hansı şikayət və etiraz halları da baş vermir. Hazırda biz bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icazəsi ilə pilot layihə kimi həyata keçiririk. Layihə özünü doğruldarsa, müvəffəqiyyətlə müsbət nəticələr əldə edilərsə, tam hazır formada digər regionlarda həkim məsləhət komissiyalarının fəaliyyət göstərdiyi tibb müəssisələrinə də təqdim ediləcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ