Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə ikimərtəbəli ev yandı

Şəmkirdə ikimərtəbəli ev yandı
Şəmkir rayonunda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Düyərli kəndində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ