Sizin reklam burada
Sizin reklam burada

“YAŞAT” yeni doğulan şəhid övladları üçün 5000 manatın ayrılmasına aydınlıq gətirdi - ÖZƏL

“YAŞAT” yeni doğulan şəhid övladları üçün 5000 manatın ayrılmasına aydınlıq gətirdi - ÖZƏL

“YAŞAT” Fondu 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladlarına dəstək məqsədilə 5 000 manat vəsaitin köçürüləcəyi hesab açacaq.

Bu sözləri Oxu.Az-a açıqlamasında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, bundan başqa, layihə çərçivəsində şəhidlərimizin yeni doğulmuş və doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1 000 AZN birdəfəlik yardım köçürülür:

“Şəhid övladlarının adına bankda hesab açılacaq. 5 000 manatlıq vəsait yatırılacaq hesab 16 yaşdan sonra həmin uşaq tərəfindən istifadə oluna bilər. Qanunvericilikdə müəyyən olunan müvafiq tələblərə əsasən, bəzi istisna hallarda ananın həmin vəsaitdən istifadəsinə (uşaq üçün - red.) icazə hüququ tanınır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ