Sizin reklam burada
Sizin reklam burada

Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib

Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib
Artan pandemiya təhlükəsi ilə əlaqədar olaraq ABŞ-a xaricdən hava yolu ilə gələn bütün şəxslər karantinə yerləşdiriləcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Ağ Evdə çıxış edən ABŞ-ın yeni seçilmiş prezidenti məlumat verib.

“COVID-19-un yeni növünün yaranması ilə əlaqədar olaraq başqa ölkələrdən hava yolu ilə gələn şəxslərə qarşı yeni tədbirlər həyata keçirəcəyik. Maska taxmaqla yanaşı, başqa bir ölkədən təyyarə ilə ABŞ-a gələn hər kəs öncədən analiz verməli, ABŞ-a daxil olandan sonra karantinə yerləşdirilməlidir”, - deyə Birləşmiş Ştatların yeni prezidenti vurğulayıb.

Lakin C.Bayden koronavirusa qarşı yeni tədbirlərin tam olaraq nə zaman qüvvəyə minəcəyinə aydınlıq gətirməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ