Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan İlahiyyat İnstitutunda ilin yekunlarına həsr olunmuş iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilin yekunlarına həsr olunmuş iclas keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

«ZOOM» proqramı vasitəsilə onlayn keçirilən iclasda İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyib. İnstitut rəhbəri vurğulayıb ki, onların qanı və canı bahasına alınmış torpaqlarımızda qalib ölkənin vətəndaşları kimi qürurla gəzirik.

Daha sonra o, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib. Həmrəylik Gününün tarixindən bəhs edən rektor Vətən müharibəsindəki birliyimizin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

A.Şirinov tədbirdə ilin yekunları ilə bağlı məsələlərə də toxunub. Qeyd edib ki, kollektivin birgə əməyi sayəsində onlayn dərslər başlanğıcdan bu günədək uğurla davam edir.

İnstituta builki qəbul planından bəhs edən Aİİ rəhbəri bildirib ki, İslamşünaslıq ixtisasına minimum keçid balı 281, Dinşünaslıq ixtisasına isə 305 bal təşkil edib. O, eyni zamanda, magistratura və doktorantura səviyyələrində də qəbulun uğurla həyata keçirildiyini nəzərə çatdırıb.

A.Şirinov “Mövlana” və “Erasmus+” proqramları çərçivəsində müqavilələrin bağlandığını, pandemiya dövrü bitdikdən sonra, tələbələrimizin xarici ölkə universitetlərində təhsil ala biləcəklərini vurğulayıb.

Rektor, həmçinin tələbələrin bilik səviyyəsinin və dünyagörüşünün artırılması istiqamətində müxtəlif müsabiqə və seminarların təşkil olunduğunu qeyd edib. Ərəbcə klassik dini mətnləri oxuma və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunan ingilis dili kurslarının fəaliyyətindən də söz açıb. Ənənəvi olaraq keçirilən “Gözəl Quran oxuma”, Ədəbiyyat yarışmaları haqqında danışıb.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov söz alaraq, pandemiya dövründə tədrisin təşkili, keyfiyyəti və səmərəliliyi barədə bəhs edib, imtahanların keçirilməsi haqqında məlumat verib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov İnstitutun “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. M.Mürsəlov magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə də toxunub.

Daha sonra İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova çıxış edərək, müharibə dövründə keçirilməyən dərslərin əlavə dərslərlə kompensasiya edildiyini, artıq qış imtahan sessiyasına tam hazır olduqlarını nəzərə çatdırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ