Sizin reklam burada
Sizin reklam burada

190 manat üçün yeni müraciət qəbul edilmir

190 manat üçün yeni müraciət qəbul edilmir


“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmənin (190 manat) verilməsiylə bağlı qərar qəbul olunub. Bu ödənişi almaq üçün vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək: “Ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur. Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək”.

Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.

Nazirlikdən həmçinin o da bildirilib ki, 190 manat birdəfəlik yardım almaq üçün yenidən müraciətlər qəbul olunmur. Ödəmələr yalnız əvvəlki dövrdə müraciət edən şəxslərə ödənəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ