Sizin reklam burada
Sizin reklam burada

Minlərlə insan yenə işsiz qalıb: 190 manat niyə əvvəlki siyahı ilə verilir? - NƏ BAŞ VERİR?

Minlərlə insan yenə işsiz qalıb: 190 manat niyə əvvəlki siyahı ilə verilir? - NƏ BAŞ VERİR?

Ölkədə yenidən sərt karantinin tətbiqi ilə əlaqədar bir sıra sahələrin fəaliyyəti dayandırıldı.

Bu isə yenidən on minlərlə ailənin sosial durumunun ağırlaşması, gəlirlərinin azalması deməkdir. Həmin ailələrin arasında sosial müavinət alanlar da var. Məsələn, hansısa ailədə ailə başçısının itirilməsinə görə müavinət alınırdı, digərində əmək pensiyaçısı, əlillik müavinətləri alan şəxslər var. Amma bu heç də həmin ailələrin yalnız həmin müavinətlər hesabına yaşaması demək deyil.

Azərbaycan şəraitində, 80, 150, 200 manatlıq (və daha artıq) müavinətlə aylıq dolanışığın mümkün olmadığı sirr deyil. Həmin müavinəti alan ailələrin gəlirlərinin bir hissəsi isə hazırkı durumda qapadılan qeyri-leqal, günəmuzd işlərdən daxil olurdu. Təəssüf ki, indi həmin şəxslərə karantin vəziyyəti ilə bağlı təyin olunan 190 manatlıq müavinət üçün müraciət etmək hüququ verilmir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.

Sual yaranır ki, 190 manatlıq müavinətin əvvəlki siyahı üzrə verilməsi nə dərəcədə doğrudur? Əhatə dairəsi genişləndirilə bilərmi? Eləcə də sosial müavinətin digər formalarını alanlar da bu imkandan yararlana bilərlərmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir. Bunu Cebhe.info-ya açıqlama verən nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib:

“Biz bu barədə açıqlama verəcəyik. Məlumdur ki, dekabr ayının 14-dən yanvarın 18-dək sərt karantin elan olunub. 600 min şəxsə birdəfəlik ödəmə veriləcək. Bununla bağlı Nazirlər Kabinetinin qərar verəcəyi gözlənilir. Qərar verilən kimi Nazirlik bu məsələni icra edəcək”.

“Sayın, əhatə dairəsinin dəyişəcəyi gözlənilə bilərmi?” sualını Fazil Talıbov “Ehtiyacı olan hər kəs müavinət alacaq” deyə cavablandırıb.

İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki, sözügedən müavinətin əvvəlki siyahı üzrə verilməsini doğru hesab etmir: “İlkin olaraq mart, aprel aylarında qeydiyyatdan keçmiş 600 nəfərə ödənişlərlə bağlı qərar verilib. Bu zamandan 8-9 ay vaxt keçib. Bu vaxt ərzində minlərlə, bəlkə də onminlərlə insan yenidən işsiz qalıb. Sərt izolyasiya dövrü bu dövrə təsadüf etdi və kifayyət qədər iş yerləri bağlandı. İndi sosial müavinətə ehtiyacı olan və birbaşa qanunun tələblərinə uyğun olaraq bu sosial müavinəti almaq hüququ olan insanlar var. 600 minlik ilkin siyahı ilə ödənişlərin olması məntiqi yanaşma deyil. Ən azı, insanların yenidən qeydiyyatdan keçməsi üçün müddət ayrılmalıdır. Bu müddət ərzində növbəti müraciətlərə baxılmalı idi. Bu sosial müavinəti alanların həm əhatə dairəsi, hən də sayı geişləndirilməlidir. Hökumət qurumları nə qədər işsizin olduğunu, nə qədər insanın müraciət edəcəyini əvvəlcədən bilə bilməzlər. On minlərlə insan say məhdudiyyətinə görə kənarda qalır. On görə də bu yanaşma kökündən dəyişdirilməli, say məhdudiyyəti aradan götürülməli, yenidən müraciət üçün imkanlar yaradılmalıdır”.

Sosial müavinətin dgər növlərini alanların bu yardımı almaq hüququndan məhrum edilməsi doğru yanaşmadırmı?

İqtisadçı bildirib ki, bu Nazirlər Kabinetinin yanaşmasından irəli gəlir: “Öncədən elan olundu ki, bu yardım heç bir müavinəti, maaşı, gəliri olmayan insanlara şamil edilsin. Bu qərar yanlış idi. Həmin qərar görə belə bir situatsiya yaranıb. Məntiqlə həmin qərar dəyişilməlidir. Bu sosial müavinətlərin kiçik həcmli digər formalarından yararlanan insanlara da şamil edilməlidir. Onların da bunun üçün müraciət etmək hüquqları olmalıdır. Bu artıq Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ