Sizin reklam burada
Sizin reklam burada

Hulusi Akardan Naxçıvan və Laçın dəhlizi ilə bağlı danışıqlar barədə VACİB AÇIQLAMA

Hulusi Akardan Naxçıvan və Laçın dəhlizi ilə bağlı danışıqlar barədə VACİB AÇIQLAMA
“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır”.

“CNN Türk”ün məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar türkiyəli sülhməramlıların Qarabağdakı vəzifələri və Naxçıvanla bağlı təfərrüatı açıqlayarkən bildirib.

“Qarabağın bir hissəsində ermənilər var. Türkiyə hərbçilərinin varlığı Ankara-Bakı arasındakı məsələdir. Moskva iddia edir ki, ermənilərin olduğu yerdə türkiyəli sülhməramlılar problem yarada bilər. Bakı ilə danışıb bu məsələni həll edəcəyik”.

Naxçıvan və Laçın dəhlizi məsələsinə gəlincə, nazir bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqların getdiyini bildirib.

“Məsələ qarşıdakı günlərdə reallaşacaq”, - deyə Hulusi Akar vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ