Sizin reklam burada
Sizin reklam burada

Prezident: “İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb”

Prezident: “İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb”

“Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir”.

Bu sözləri Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Qarabağın kənd və şəhərlərinin ermənilər tərəfindən vəhşicəsinə darmadağın edildiyini diqqətə çatdıran zaman deyib.


Prezident ümidvar olduğunu bildirib ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq:

“Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ