Sizin reklam burada
Sizin reklam burada

“Paşinyan heç kimdir, Köçəryan və Sarkisyan, biz sizi məğlub etmişik” - İlham Əliyev

“Paşinyan heç kimdir, Köçəryan və Sarkisyan, biz sizi məğlub etmişik” - İlham Əliyev

“Biz Ermənistan Ordusunu çökdürdük. Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik”.

Bunu Prezident İlham Əliyev Füzuli şəhərində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Paşinyan son 2 il ərzində öz ölkəsini məhv edib:

“İndi sadəcə olaraq fikirləşir ki, necə öz canını erməni xalqının qəzəbindən qurtarsın. Biz Köçəryan, Sarkisyan Ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxarın atın eşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Sizi - Köçəryan və Sarkisyan - Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları - sizi biz məğlub etmişik. Sizin ordunuzu məhv etmişik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ