Sizin reklam burada
Sizin reklam burada

“Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx” layihəsində iştirak edəcək şagirdlər müəyyənləşdirildi.

“Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx”  layihəsində iştirak edəcək şagirdlər müəyyənləşdirildi.

Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü Qrant müsabiqəsinin qalibi olmuş “ Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx” layihəsinin tədbirlər planına əsasən 15.11.2020-ci il tarixdə növbəti tədbiri keçirilmişdir.
Tədbir Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-litseydə Sosial-çarx çəkilişi üçün texniki qrupun, şagirdlərin, müəllimlərin müəyyənləşdirilməsi məqsədi ilə keçirilmişdir .
Tədbirin açılışını layihə rəhbəri Əmiraslanova Gülnarə Əmirqulu qızı çıxış sözü ilə başlamışdır. Öz çıxışında o bildirmişdir ki, tədbirimizin açılış və icra müddəti xoş günlərə təsadüf etmişdir. Rəşadətli Azərbaycan ordusu başda Ali Baş Komandan İlham Əliyev olmaqla tarixi torpaqlarımızı işğaldan azad edərək birdəfəlik Qarabağ problemini həll etmişdir. Həmçinin o vurğulamışdır ki Azərbaycan öz igidləri, əsgər və zabitləri ilə döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirmişdir. Məktəbimizin məzunları olan Seymur Bəylərov və Vusal Allahverdiyev kimi cəsur və mərd vətən oğulları qəhramancasına şəhid olmuşlar.
Bir dəqiqəlik sükütla şəhidlərin əziz xatirəsi yad edilmişdir. Daha sonra lahiyənin məqsədi, aktuallığı və görüləcək işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Tədbir zamanı məktəbin dram dərnəyinin üzvləri, müxtəlif mahnı və inşa müsabiqələrinin qalibləri iştirak etmişlər.
Sonra söz layihənin eksperti Hüquqşunas Sərxan Sadıxova verilmişdir. Sərxan Sadıxov çıxış edərək bildirmişdir ki, cəmiyyətdə tutduğumuz peşədən və vəzifədən asılı olmayaraq gələcək nəsilləri vətənpərvər ruhda tərbiyə etmək hər birimizin qarşısında duran ümdə vəzifələrdəndir. Həmçinin vurğulamışdır ki “Hərbi Vətənpərvərlik” mövzüsunda maarifləndirici tədbirlərin aparılmasında pedaqoq və psixoloqların qarşısında duran mühüm vəzifələrdəndir. Tədbir iştirakçılarının rəy və təklifləri dinlənildikdən sonra tədbir iştitakçıları birgə qənaətə gələrək bildirmişlər ki, şagird və gənclər arasında milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması üçün davamlı olaraq bu mövzuda layihələr keçirilməsi vacib məsələlərdəndir. Çəkilişdə iştirak edəcək şagirdlər seçilmiş və yaxın günlərdə çəkilişin keçirilməsinin tarixi müəyyənləşmişdir.
“Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx”  layihəsində iştirak edəcək şagirdlər müəyyənləşdirildi.
“Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx”  layihəsində iştirak edəcək şagirdlər müəyyənləşdirildi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ