Sizin reklam burada
Sizin reklam burada

Polşada azərbaycanlı tələbənin ölüm faktı nəzarətə götürüldü

Polşada azərbaycanlı tələbənin ölüm faktı nəzarətə götürüldü



Azərbaycanın Polşadakı səfirliyi noyabrın 9-da Polşanın Dlugolenka şəhərində 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyitinin tapılması ilə məsələni nəzarətə götürüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Dlugolenka Şəhər Polis Komissarlığından Azərbaycan səfirliyinə verilən məlumatda M.İsmayılovun yaşadığı mənzilin yerləşdiyi istiqamətdə meşə massivində meyiti tapıldığı bildirilib.

"Polisin məlumatında tibbi ekspert rəyinə əsasən mərhumun asılaraq intihar etdiyi qeyd olunub. Mərhumun ailəsi ilə əlaqə saxlanılıb və yaxınlarının onun intihar etməsinə şübhə ilə yanaşdığını və meyitin təkrar daxili tibbi ekspertizadan keçməsi müraciətini nəzərə alaraq səfirlik tərəfindən Dlugolenka Şəhər Prokurorluğuna müraciət edilib. Baş vermiş hadisə səfirliyin nəzarətindədir" (report).

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ