Sizin reklam burada
Sizin reklam burada

Ermənistan prezidenti günlər sonra Paşinyanı tapdı

Ermənistan prezidenti günlər sonra Paşinyanı tapdı

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb.

Bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.

Görüşdə Ermənistanın məğlubiyyətindən sonra ölkədəki vəziyyət müzakirə edilib.

“Bu gün səhər ölkə prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb”, – məlumatda deyilir.

Xatırladaq ki, Ermənistan tərəfinin müharibədə faktiki təslim olmasına dair Azarbaycanla kapitulyasiya imzalamasından sonra bir neçə gündür ki, Yerevan Nikol Paşinyanın harada olduğu barədə xəbərsiz idi. Erməni mətbuatı Baş nazirin qəzəbli izdihamlardan bunkerdə və hətta ABŞ səfirliyində gizləndiyini qeyd edərək fərqli versiyalar irəli sürüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ