Sizin reklam burada
Sizin reklam burada

Ermənistanın təslim olmaqdan başqa yolu yoxdur




Ermənistanın təslim olmaqdan başqa yolu yoxdur
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

Bu gün Azərbaycan Ordusunun 30 ildir işğalda olan torpaqlarımızı azad etməsi
istiqamətində başladığı əməliyyatlar göstərir ki, Ermənistanın təslim olmaqdan
başqa yolu yoxdur. Ermənistan isə ənənəvi taktikasına uyğun olaraq, dünyanın bir
çox ölkələrindən terrorçuları öz ölkəsinə və hələ də işğal altında olan Azərbaycan
torpaqlarına cəlb etməklə işğal faktını uzatmağa, işğalçılıq siyasətini davam
etdirməyə çalışır. Belə gedişatı biz hələ 1990-1994-cü illərdə, birinci Qarabağ savaşı
zamanı eşitmişdik. O zaman da Ermənistan Azərbaycana qarşı törətdiyi hərbi
cinayətlərdə, işğalçlıq və soyqırım əməllərində Suriyadan, Livandan, digər
ölkələrdən gətirdiyi muzdlulardan gen-bol istifadə edib. Həmin canilərin kimlikləri
isbat olunub, bəziləri döyüşlərdə məhv olub, ələ keçib.
Azərbaycan ordusu qarşısında döyüş meydanında aciz vəziyyətə düşən işğalçı
ölkə yenidən nicat yolunu terrorçularda və muzdlu döyüşçülərdə görür. Hansı ki
həmin muzdlular Azərbaycana qarşı Ermənistan ərazisində deyil, Qarabağda, bizim
ölkəmizdə döyüşlərə cəlb ediliblər. Faktiki olaraq onlar Azərbaycan sərhədlərini
qanunsuz olaraq keçərək Qarabağa gətiriliblər. Bunun özü də bir ayrıca cinayətdi.
Bu, bir sıra ümumbəşəri prinsiplərin, konkret olaraq, 1949-cu ildə qəbul edilmiş
Cenevrə Konvensiyasının birbaşa və açıq şəkildə pozulmasıdır. Bu əmələ yol verən
muzdluların məsuliyyətə cəlb edilməsi, cəzalandırılması həm onların cinayətlərinə
məruz qalan ölkənin qanunvericiliyinin, həm də Cenevrə Konvensiyasının birmənalı
tələbidir.
Məlum olduğu kimi, son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonu
ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada
baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən,
onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu
müəyyən edilib. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan ordusunda muzdlu döyüşçülər, əsasən də terrorçular kifayət qədərdir. Hətta siyahıda adları qeyd
olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan
tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə
köçürülüb. Lakin bütün bunların fonunda görünən odur ki, ermənilər muzdlulardan
istifadə etdiklərini hər vəchlə gizlətməyə çalışır və öz etdiklərini informasiya
manipulyasiyası vasitəsilə qlobal ictimai rəyə yanlış formada təqdim etməklə guya
terrorçuları Azərbaycanın cəlb etdiyi fikrini yaratmağa çalışırlar. Lakin həm onların
meyitlərinin döyüş meydanında qalması, həm də texnoloji inkişafın müşahidə
imkanlarının köməkliyi ilə bu cür canilərin hərəkət trayektoriyası gizli qalmır və ifşa
olunur.
Ermənistan tərəfindən fərqli olaraq isə Azərbaycan beynəlxalq hüququn bütün
qanunlarına riayət edir və öz nizami ordusunun köməkliyi ilə bütün işğal olunmuş
torpaqlarda zəfər bayrağını dalğalandırır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ