Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə koronavirus peyvəndinin birinci klinik mərhələsi başladı

Türkiyədə koronavirus peyvəndinin birinci klinik mərhələsi başladı

Türkiyə koronavirus peyvəndinin birinci klinik mərhələsinə başlayıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb:

“Bu gün Türkiyədə yerli koronavirus əleyhinə peyvəndin insanlarda sınaqdan keçirilməsinə başlandı. Peyvəndin klinik sınaqlarının ilk mərhələsi Kayseri şəhərində aparılır”.

Qoca daha əvvəl qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ikinci pik həddə çatıb. Çərşənbə günü aşkar olunan koronavirus infeksiyasının sayı 2391 olub, bu, aprel ayının sonundan bəri ən yüksək göstəricidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ