Sizin reklam burada
Sizin reklam burada

“Hər şey vətən üçün" tədbirinə yekun vuruldu - VİDEO

“Hər şey vətən üçün" tədbirinə yekun vuruldu - VİDEO



Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 16-18 oktyabr 2020-ci il tarixlərdə keçirilən “Hər şey vətən üçün” adlı tədbirə yekun vurulub.

Federasiyadan verilən məlumata görə, tədbirin sonuncu günündə proqrama uyğun olaraq ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına öz canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Milli ordumuza dəstək və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə süvarilər qrupunun iştirakı ilə parad təşkil olunub.

Saat 12:00-dan etibarən cıdır yarışlarına start verilib. İki yaş İngilis atlarının 1200 metr məsafəyə qaçışı ilə başlayan ilk yarışda “Arzu” AİK-in sahibi olduğu “Hasper” ləqəbli at jokey Tahirov Raufla yarışı birinci yerdə tamamlayaraq “Murov” kubokunun qalibi olub.

İkinci qaçışda üç yaş və yuxarı Dilbaz atları 1800 metr məsafədə yarışıblar. “Xan-xan” AİK-in sahibi olduğu “Barbar” ləqəbli at jokey Hacıyev Orxanbəylə finiş xəttinə ən tez çataraq “Cəbrayıl” kubokunun sahibi olub.

Üçüncü qaçış 3 yaş İngilis atları arasında baş tutub. “Xan-Xan” AİK-in sahibi olduğu “Frankel” ləqəbli at jokey Əliyev Azərlə 1800 metlrik məsafəni ilk sırada qət edərək “Suqovuşan” kubokuna yiyələnib.

Dördüncü qaçışda 4 yaş və yuxarı İngilis atları 1800 metr məsafədə öz güclərini sınayıblar. “Omar” AİK-in sahibi olduğu “Atilla” ləqəbli at jokey Əliyev Azərlə 1-ci yerin və “Füzuli” kubokunun sahibi olub.

Nəhayət, cıdır mövsümünün son və bağlanış yarışı 1800 metr məsafəyə qaçışla 3 yaş və yuxarı Qarabağ atları arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən qaçışda Abbasov İskəndərin sahibi olduğu “Laləzar” ləqəbli at jokey Məmmədov Habillə rəqiblərini geridə qoyaraq “Qarabağ” kubokunun qalibi olub.

Qaliblərə diplomlar və kuboklar təqdim olunub.


“Hər şey vətən üçün" tədbirinə yekun vuruldu - VİDEO
“Hər şey vətən üçün" tədbirinə yekun vuruldu - VİDEO
“Hər şey vətən üçün" tədbirinə yekun vuruldu - VİDEO
“Hər şey vətən üçün" tədbirinə yekun vuruldu - VİDEO

  • Sosial şəbəkədə paylaş