arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Kamran Əliyev: “Ermənistan son təxribatlarla uğursuzluğuna don geyindirmək istəyir”

Kamran Əliyev: “Ermənistan son təxribatlarla uğursuzluğuna don geyindirmək istəyir”


“Ermənistan müharibənin qaydalarını pozaraq təhlükəli addım atır. Onlar mülki əhalini hədəf alırlar. Dünən ermənilərin Gəncəyə atdığı atəş nəticəsində 32 mülki şəxs yaralanıb, bir nəfər vəfat edib”.

Bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, təxribatlar zamanı bir sıra obyektlərə ziyan dəyib:

“Bu təhlükəli addımdır. Bu gün Gəncə şəhəri yenidən atəşə məruz qalıb. Üç nəfər yaralanıb, şəhərdə dağıntılar yaranıb”.

O qeyd edib ki, ermənilərin mülki əhaliyə hücum etməsi barədə sənədlər aktlaşdırılıb:

“Ermənilər mülki əhaliyə hücum etməklə sanki qəhrəmanlıq göstərirlər. Bu təxribatla uğursuzluğa don geyindirmək istəyirlər”.

K.Əliyev əlavə edib ki, dünən gecə Mingəçevir Su Stansiyası da raket hücumuna məruz qalıb:

“Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ