Sizin reklam burada
Sizin reklam burada

“Təhsil haqqında” Qanuna dəyişiklik ediləcək

“Təhsil haqqında” Qanuna dəyişiklik ediləcək




Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçiriləcək.

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, keçiriləcək iclasda üç məsələ müzakirə olunacaq. Belə ki, komitə üzvləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Hər üç layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ