arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Nazirlik DTX-nin əməliyyatı ilə bağlı açıqlama yaydı

Nazirlik DTX-nin əməliyyatı ilə bağlı açıqlama yaydı
Son günlər mətbuatda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

"Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov Xidmət tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir bir məsələ ilə bağlı şahid qismində qısa müddət üçün dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir. Ona görə də bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur", - deyə nazirlik rəsmisi əlavə edib.

  • Sosial şəbəkədə paylaş