arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Avtobuslarda gediş haqqı artırılır? - Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA

Avtobuslarda gediş haqqı artırılır? - Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA
Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.

Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xdmətinin rəhbəri Mais Ağeyv bildirib.

BNA rəsmisi qeyd edib ki, ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır:

“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.

Bu gün sosial şəbəkələrdə və bəzi KİV-lər Bakıda ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qaldırılacağı barədə xəbərlər yayılıb.

  • Sosial şəbəkədə paylaş