Sizin reklam burada
Sizin reklam burada

Şəhid ANAları və ailələri ilə bağlı TƏKLİF

Şəhid ANAları və ailələri ilə bağlı TƏKLİF


(Bu haqda BİR DAHA)



Təklif edirəm ki, Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş bütün Azərbaycan oğullarının ailələrinin - şəhid analarının və həyat yoldaşları şəhid olan qadınların iş stajından asılı olmayaraq təqaüdə 65 yox, 55 yaşında çıxarılmalarına qərar verilsin.


Onsuz da ömürlük dərd-qəm onları elə 50-55 yaşında da əyəcək, qocaldacaq, bəlkə heç bəziləri talelərinə düşmüş ömürlük dərd əlindən o yaşa da çata bilməyəcəklər.
Şəhid analarının və şəhid xanımlarının təqaüdə 10 il əvvəl çıxmaları haqqında qərar onların ağrı-acısını yüngülləşdirməsə də, hər halda övlad-nəvə qayğılarını, problemlərini az da olsa azaldar və dövlətin, Prezidentin daim onların arxalarında olmalarına inamlarını daha da artırar, bundan böyük qürur duyarlar.
Düzdür, ölkə rəhbərliyi şəhid ailələrini daim diqqətdə saxlayır, onlara hər cür yardım göstərir, ömürlük müavinətlə, mənzillə, torpaq sahəsi ilə təmin edir. Ancaq özlərinin əzizlərini, ər və övlad dayaqlarını itirmiş anaların, dul qalmış gəlinlərin təqaüdə 50-55 yaşlarında çıxmaları onlara mənəvi bir təsəlli ola bilər (o da məlumdur ki, anaların və gəlinlərin ən azı yarıya qədəri işləmir və ya işsizdir, ona görə də onların təqaüdə erkən çıxmaları maliyyə baxımından dövlət üçün elə bir problem yaratmaz).


İnanırıq ki, veriləcək humanist qərar şəhid ruhlarını da sevindirər, xalq tərəfindən də böyük rəğbətlə qarşılanar.


P.S. Bu, həm də, az da olsa, işsizliyin müəyyən qədər azadıllmasında, qadınların işlə təminində mühüm rol oynaya bilər.


Rəhman Orxan,
Əməkdar jurnalist

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ