Sizin reklam burada
Sizin reklam burada

Paşayeva müraciət etdi: Bu abudələr məhv olur - Foto

Paşayeva müraciət etdi: Bu abudələr məhv olur - Foto

Qədim Gədəbəy rayonumuzdan olan bir qrup ziyalının “Mahsara”, “Qız Qalası” və bir sıra digər qədim abidələrin müvafiq qurumların biganə münasibəti səbəbindən ağır vəziyyətdə olması və abidələrlə bağlı təcili addımların atılmasına dəstək göstərilməsi ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə etdikləri müraciət əsasında bir sıra dövlət qurumlarına müraciətlər göndərdik. Eyni zamanda Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə bununla bağlı geniş fikir mübadiləsi apardıq, vəziyyətin xüsusi diqqətə götürülməsini xahiş etdik.

Kult.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

O, Baş nazir Əli Əsədova müraciətə çox həssaslıqla reaksiya verdiyi üçün təşəkkürünü bildirib:

“Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin rəhbəri əlaqə saxlayaraq, bu məsələ ilə bağlı arşdırılması və tədbir görülməsi üçün müvafiq qurumlara tapşırıqlar verildiyini vurğuladı. Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov Mədəniyyət Nazirliyində bu sahəyə cavabdeh olan qurumun uzun müddət tarix və mədəniyyət abidələrinə biganəliyindən təəssüflənərək, bu abidələrlə bağlı məsələlərə və Mədəniyyət komitəsinin bununla bağlı müraciətinə xüsusi diqqətlə yanaşılacağını bildirdi. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə söhbətimiz zamanı bu abidələrə gedən yolun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çınqıllanmasına dəstək göstərilməsinin rayonda tarixi-mədəni turizmin inkişafına da öz müsbət təsirini göstərə biləcəyini vurğulandı. Bununla bağlı Mədəniyyət komitəsi adından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə də müraciət göndərdik. Ümid edirəm ki, Mədəniyyət Nazirliyində gedən dəyişiklik və islahatlarlardan sonra “Mahsara”, “Qız Qalası” da daxil olmaqla, həm Gədəbəydəki, həm də digər rayonlardakı tarix və mədəniyyət abidələrimizə münasibət kökündən dəyişəcək və ciddi addımlar atılacaq”.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ