Sizin reklam burada
Sizin reklam burada

Lənkəran şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi

Lənkəran şəhərində Əlilliyi olan şəxslər üçün  Regional Bərpa Mərkəzi istifadəyə verildi

Bu il əsasən bölgələrdə 8 yeni bərpa mərkəzinin açılması nəzərdə tutulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan
şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə
verilib.
Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-
Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov,
Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin
əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.
C.Əbdül-Qədirov əlilliyi olan şəxslərin, tibbi-sosial reabilitasiya imkanlarının
artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi
olduğunu vurğulayıb. O, dövlət başçısının tapşırığına əsasən, ölkədə reabilitasiya
infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan işləri diqqətə
çatdırıb. 2019-cu ilin sonlarında Yevlax və Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa
Mərkəzləri, Mərdəkan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa
Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. Onların hər
birində yüksək səviyyəli reabilitasiya şəraiti yaradıldığını qeyd edib.
C.Əbdül-Qədirov bildirib ki, bu il Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki
Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatının əsaslı təmir
və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, sağlamlıq
imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri
üzrə genişəndirilməsi də nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ
rayonlarında da bu ilin Uşaq Bərpa Mərkəzlərinin açılması planlaşdırılır.
Ümumən bu il 8 yeni bərpa mərkəzinin açılması nəticəsində reabilitasiya xidmətləri
göstərilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq.
Tədbirdə əlilliyi olan şəxslər onlara yönələn sosial müdafiə tədbirlərinin
gücləndirilməsinə, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa
imkanlarının artırılması sahəsində görülən mühüm işlərə görə dövlət başçısına
minnətdarlıqlarını ifadə ediblər.
Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.
Yeni istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı,
Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik
üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəz limfodrenaj,
ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya
aparatları və avadanlıqlarla da təchiz edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ