Sizin reklam burada
Sizin reklam burada

Prezident anons etdi: Yeni islahat başlayır



Prezident anons etdi: Yeni islahat başlayır
Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bugünki müşavirədə çıxışı zamanı deyib.

Prezident dövlət şirkətlərinin səmərəli çalışmadığını, gəlir gətirmədiyini tənqid edib və daha sonra deyib:

"Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ