Sizin reklam burada
Sizin reklam burada

Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün iş olmayacaq




Qurban bayramında 4 gün qeyri-iş günü olacaq.

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Beləliklə, 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq

Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq. Operativ Qərargahın brifinqində açıqlama verən Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bayramla bağlı xüsusi tədbir planı hazırlanır..

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ