Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə kafe və restoranların iş saatına tətbiq olunan qadağa ləğv edildi

Türkiyədə kafe və restoranların iş saatına tətbiq olunan qadağa ləğv edildi
Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq sərəncamına əsasən, ölkənin 81 vilayətində COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

“HaberGlobal” məlumat verir ki, nazirliyin sərancamına əsasən, ölkədə fəaliyyət göstərən kafe, restoran, çayxana və adamların toplaşdığı ictimai-iaşə müəssisələrinin iş saatına koronavirusa görə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.

Qərar iyul ayının 21-dən qüvvəyə minib.

Sərəncamda pandemiya ilə əlaqədar qəbul olunan ümumi təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ