Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda daha bir məhdudiyyət tətbiq olundu

Azərbaycanda daha bir məhdudiyyət tətbiq olundu


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.

AQTA-dan Anews.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstan Respublikasının Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyinin qeydə alınması barədə məlumat yayıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ