Sizin reklam burada
Sizin reklam burada

SOCAR Rumıniyada 5 yanacaqdoldurma məntəqəsini icarəyə götürməyi planlaşdırır

SOCAR Rumıniyada 5 yanacaqdoldurma məntəqəsini icarəyə götürməyi planlaşdırır
SOCAR Petroleum SA Romania” şirkəti (SOCAR-ın Rumıniyadakı "törəmə"si) “IPECO S. A.” şirkəti tərəfindən istismar edilən 5 yanacaqdoldurma məntəqəsini (YDM) icarəyə götürməyi planlaşdırır.

"Rumıniyanın Rəqabət Şurası "SOCAR Petroleum SA" şirkətinə Gorj vilayətində “İPECO S. A.” tərəfindən idarə olunan 5 YDM-nin istismara verilməsi hüququ verən sövdələşməni nəzərdən keçirir", - deyə Rumıniyanın antiinhisar orqanı bildirir.

Şuranın məlumatına görə, sövdələşmə təsdiqlənərsə, “SOCAR Petroleum SA” tərəfindən 5 yanacaqdoldurma məntəqəsi uzunmüddətli icarə əsasında istismar ediləcək.

Sövdələşmənin məbləği açıqlanmır.

“Rumıniyanın Rəqabət Şurası bu ilin aprel ayında “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin istifadə hüququnun 10 il müddətinə “SOCAR Petroleum SA”ya keçməsinə icazə verib.

Hazırda Rumıniyanın 20 regionunda “SOCAR” brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkət bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırır.

İnterfaks-Azərbaycan

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ