Sizin reklam burada
Sizin reklam burada

Bakıda üçotaqlı ev yandı

Bakıda üçotaqlı ev yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli üçotaqlı evin dam örtüyü yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • Sosial şəbəkədə paylaş