Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə başlamış qanvermə aksiyasına İsmayıllı rayonu da qoşulub. “Qan ver, həyat qurtar” adlı aksiyadan məqsəd “COVID-19” pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi dövründə qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə kömək etməkdir. Rayonun icra hakimiyyəti, təhsil, mədəniyyət, idman və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, həmçinin müxtəlif fiziki şəxslər xüsusi ayrılmış yerdə qan verməyə gəlib. Kampaniyaya könüllü qoşulmuş onlarla xeyirxah insan əvvəlcə müayinədən keçirilib. Sonra, Mərkəzi Qan Bankının Şəki bölməsindən dəvət olunmuş həkim briqadası onlardan qan alıb. Aksiya rayonun mərkəzi xəstəxanasının dəstəyi və KİV-lərin iştirakı ilə, karantin qaydalarına riayət edilərək həyata keçirilib.