Sizin reklam burada
Sizin reklam burada

Haqq nazilər, üzülməz

Haqq nazilər, üzülməz

Gədəbəydə anew.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mayın 4-də saat 11.05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub.
Araşdırmalarımız zamanı rayon sakini olan Sənan-"Bu Zaur cox pravakator adamdi .Men seckilerde bu şəxs haqqında məlumatlar almışam ki,qərəzli ve şər bohtançınınn biridir.Bununla bagli huquq muhafize orqanlari ciddi ölçü gotürülməlidir" dedi. Görünən Odur ki, şər-böhtan atmaqla, heç də irəli getmək və hansısa problemi həll eləmək olmaz. Başqa bir rayon sakini Nicat isə"Mən Elsun müəllimi hər zaman işini bilən, camaatımızla dil tapıb, ünsüyyət quran və işini bilən Ziyalı kimi tanımışam. Özümün və digər qohumlarımızın da hər hansı problemi olduğu zaman Elsun müəllimə müraciət etmişik. Hər zaman da bizi səmimiyyətlə qarşılayıb və köməkliyini əsirgəməyib. Düşünürəm ki, Zaurun bu hərəkəti şərdən başqa bir şey deyil" deyə öz sosial şəbəkə hesabında yazıb.

Xəbərlər İnformasiya Agentliyi olaraq araşdırmalarımız davam edir.

Müəllif: Cavidan

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ