Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda İcra hakimiyyətləri ləğv edilə bilər - HÜQUQŞÜNAS RƏYİ

Azərbaycanda İcra hakimiyyətləri ləğv edilə bilər - HÜQUQŞÜNAS RƏYİ

Azərbaycanda yerli İcra hakimiyyətlərinə etimad və inam son dərəcə azalıb. Prezidentin sərəncamları ilə yerlərdə İcra Hakimiyyətinin başçısı təyin edilən məmurlar həmin dövlət orqanlarını korrupsiya və rüşvət bataqlığına çeviriblər.

Yerli İcra hakimiyyətlərinin işi onu göstərir ki, idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac var. Hətta onunları ləğvini tələb edənlər də çoxdur...

Bu islahatların vacibliyini Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev açıqlamasında vacib sayıb:

“Hesab edirəm ki, strukturda dəyişik olunmalıdır. Paralellik var, bir tərəfdə bələdiyyələr, bir tərəfdə İcra hakimiyyətləri.

Son həbs edilənlərin hamısında oxşar korrupsiya sxemləri, oxşar maliyyə mənbələri, büdcədənkənar yalançı fondların yaradılması, sahibkarların incidilməsi, məktəblərdən, həkimlərdən vəsaitlərin toplanması müşahidə edilir. Elə bil ki, hər icra başısında xərac siyahısı var və hər ay xərac toplamaqla məşğul olurlar.

İdarəetmənin başqa formalarını da nəzərdən keçirmək lazımdır. Məsələn, vilayət idarəetmə formasına nəzər salmaq olar. Mərkəzi İcra Hakimiyyətinin idarəetməsini daha da yüksəltmək, yerlərdə bütün funksiyaları bələdiyyələrə vermək, onların da statuslarına baxmaq lazımdır. Bu zaman Fransadakı modelləri nəzərdən keçirmək olar. Dövr dəyişib, tələblər artıb, ehtiyaclar yüksəlib. İcra hakimiyyətləri yanında vətəndaş cəmiyyəti institutlarının nəzarətinin effektiv təşkililə bağlı qanunun tətbiqi prosesini sürətləndirmək olduqca vacibdir. Bütün yerli İcra hakimiyyətləri yanında İctima şuralar yaradılmalıdır, amma yaradılmayıb. Çünki imkan vermirlər, yerli məmurlar ictimai nəzarəti istəmirlər. Onlar yerli liderlərlə danışıqlara getmək istəmirlər. Halbuki, vətəndaşlar idarəetmənin bütün səviyyələrində təmsil olunmalıdırlar”.

Əliməmməd Nuriyev deyir ki, əgər İcra hakimiyyətləri ləğv olunmayacaqsa, icra başçılarının təyini və azad edilməsilə bağlı rotasiya prinsipi təmin edilməlidir:

“Bir icra başçısı 5-6 il bir yerdə işləyirsə, o zaman özəl və sabit münasibətlər sistemi yaranır. Bu isə korrupsiya üçün zəmindir, qohum-əqraba sisteminin idarəetmə sisteminə daxil edilməsinin özü yeni korrupsiya halları deməkdir.

Həbs edilən icra başçılarının mal-mülklərinin sayı hesabı yoxdur. Hələ bunlar idarəetmə sisteminin ən aşağı pilləsində təmsil olunubla. Bunlar 1 ilin- 2 ilin içərisində özlərinə sərvət toplayırlar. Bu əmlak sənin-mənim əmlakımın hesabına toplanıb. Bu azmış kimi humanitar yardıma əl uzadırlar. Yoxsulun son tikəsini ocaq başında qaynayan qazanından çıxarıb öz qohum-əqrabasına yedizdirmələri artıq vicdansılızqıdır, Allahsızlıqdır. Bu nə dində var, nə imanda, nə də ata-babalardan gəlmiş vərdişlərdə".(Modern.az)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ