Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər sığortalana bilər - RƏSMİ

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər sığortalana bilər - RƏSMİ


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev həkimlərin sığorta olunması məsələsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, bu məsələ aidiyyəti qurumlarla müzakirə edilib:

“Həkimlər koronavirusla mübarizədə virusa yoluxma riski ilə üz-üzə qalırlar. Onlara iş yerində bədbəxt hadisədən sığortalanma tətbiq edilə bilər. Aidiyyəti qurumların bu barədə təkliflərlə çıxış etməsini gözləyirik”.

“Bu, ilkin olaraq müzakirə olunub və müsbət qarşılanıb. Yaxın zamanda tətbiq olunmasına başlanıla bilər”, - deyə sədr qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ