Rusiya Dövlət Dumasının Kommunist Partiyasından deputatı Leonid Kalaşnikov koronavirusdan müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
Bu barədə TASS agentliyi məlumat yayıb.
L.Kalaşnikov müalicəsini 14 gün ərzində evdə davam etdirəcək.
"Çətinliklər var, amma qorxulu heç nə yoxdur, artıq yaxşıyam. Virusun çətin dövrü geridə qaldı”, - deyə deputat bildirib.
Qeyd edək ki, kommunist deputat aprelin 25-də koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.