Sizin reklam burada
Sizin reklam burada

İcra başçısının oğluna aldığı yarım milyonluq “Gelandewagen”lə bağlı AÇIQLAMA

İcra başçısının oğluna aldığı yarım milyonluq “Gelandewagen”lə bağlı AÇIQLAMA


"O, bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.

Xeberleragentliyi.com-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı 275 min dollar (450 manat) dəyərində olan avtomobildən danışarkən deyib.

Onun sözlərinə görə, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:

"O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90% bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 manat) dəyərində olan avtomobil alıb.Qaynarinfo

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ