Keçmiş deputat Rifət Ağalarov Milli Məclisdəki vəzifəsindən azad olunub.
Oxu.Az-ın məlumatına görə, R.Ağalarov parlamentin Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini idi.
R.Ağalarov təqaüdə göndərilib.
Bildirək ki, bundan əvvəl Milli Məclis sədri Sahibə Qafarovanın sərəncamı ilə Komitə və komissiyalarla və Vətəndaşların qəbulu və müraciətlərilə iş şöbələri ləğv olunaraq Ümumi şöbəyə birləşdirilmişdi.
Qeyd edək ki, R.Ağalarov ikinci çağırış Milli Məclisin deputatı olub.