Sizin reklam burada
Sizin reklam burada

“Təzə Pir” məscidinin yaxınlığı zibilliyə çevrilib? - AÇIQLAMA

“Təzə Pir” məscidinin yaxınlığı zibilliyə çevrilib? - AÇIQLAMA

Paytaxtın Yasamal rayonu ərazisində yaşayan sakinlər ətrafdakı zibillikdən şikayət edirlər.

Oxu.Az xəbər verir ki, bu barədə sakinlər tərəfindən redaksiyamıza müraciət ünvanlanıb.

Şikayətdə bildirilib ki, söhbət Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 ünvanı, “Təzə Pir” məscidinin yaxınlığından gedir:


“Əraziyə nəzarət edilmədiyindən zibillik baş alıb gedir. Karantin dövründə əraziyə atılan məişət tullantıları səbəbindən ətrafa üfunət qoxusu yayılır. Təmizlik aparılmazsa, ərazi zibil “poliqonuna” çevriləcək”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, həmin ərazi müəyyən tikinti məqsədi ilə ayrılıb:

“Ərazidə daha əvvəl bu kimi hallar baş verməyib. Bu ərazi özəl mülk hesab edildiyi üçün nəzarət tam olaraq İcra Hakimiyyətində deyil. Çox güman ki, ölkə ərazisində mövcud olan karantin rejimi ilə əlaqədar nəzarətsiz qalıb. Sakinlərin narahatlığını nəzərə alaraq, Yasamal Rayon İcra Hakimiyyətinin ərazi üzrə müvafiq şöbəsinin əməkdaşları sözügedən ünvanda təmizlik işləri aparıb. Hazırda həmin ünvanda məişət tullantıları yoxdur”.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ