Sizin reklam burada
Sizin reklam burada

Tələbələrə kirayə mənzil güzəşti ediləcək?

Tələbələrə kirayə mənzil güzəşti ediləcək?

Bakıda kirayə mənzillərdə qalan əksər tələbələr hazırda mövcud vəziyyətlə əlaqədar rayonlardadır. Amma yaşamasalar belə, onlar paytaxtda kirayə qaldıqlarıı mənzilin pulunu ödəyirlər.

Daha doğrusu, ödəməyə məcburdurlar. Əks halda, mənzil sahibi onlardan evdəki əşyalarını çıxarmağı tələb edir. Bunu edə bilməyən tələbə isə qalmadığı evin kirayə pulunu aylardır ödəyir.

Ekspertlərin sözlərinə görə, hazırda kirayə əmlak bazarında qiymət dəyişikliyi müşahidə olunmur. Qiymət dəyişikliyi sadəcə, gündəlik kirayə məqsədləri üçün verilən mənzillərdə var. Şəhər mərkəzində gündəlik kirayə qiymətləri 70-80 manat olan mənzillər indi 30-40 manata təklif olunur.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb. //Oxu.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ