Sizin reklam burada
Sizin reklam burada

Bakının mərkəzində gənclərə erməni sevgisi aşılanır - VİDEO

Bakının mərkəzində gənclərə erməni sevgisi aşılanır - VİDEO


Son zamanlar Bakının mərkəzində 18-23 yaşlı gənc oğlanlara “10 il sevdiyiniz bir qızla evlənmək istədikdə, onun erməni olduğunu bilsəniz, ailə qurarsınız?” sualı ünvanlanır.

Təbii ki, həmin gənclər də fərqli cavablar verirlər. Bu videoların yayılması bir çox gənclərdə milli kimlik hissini pərdə arxasına keçirməyə şərait yaradır. Çünki videolardan da görünür ki, həmin gənclərin çoxu hələ müstəqil düşüncəsi tam formalaşmamış və Azərbaycan tarixindən çox təəssüf ki, bəlkə də heç xəbəri olmayanlardır. İnsanların mənəvi hissini, milli dəyərlərə hörmətini azaltmağa yönəldilmiş bu sualı səsləndirənlər də bəlkə onun fərqində deyillər.

Ermənilər hər zaman məkrli siyasətlərini həyata keçirmək üçün qadınlarından istifadə ediblər. XIX əsrdə yaşamış fransız əsilli alman filosofu, marksizmin yaradıcılarından biri olan Fridrix Engels marksizmin təməl əsərlərindən sayılan “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində ermənilərin daha qədimlərdə formalaşmış keyfiyyətlərinə işıq salır və onların fahişəliyi rəsmiləşdirən ilk tayfalardan biri olduğunu yazırdı. İctimai qurumların mənşəyini araşdıran müəllif yazır ki, bəşər tarixində ilk fahişəliyin əsasını qoyanlardan biri də ermənilər olub. Həmin abzası olduğu kimi təqdim edirik:

Heterizm dedikdə, Morqan (Lyuis H.Morqanı nəzərdə tutur-müəll.) təknikahlılıqla yanaşı olaraq, kişilərin ərsiz qadınlarla nikahsız cinsi əlaqələrini nəzərdə tutur, bu əlaqə isə, məlum olduğu kimi, bütün sivilizasiya dövrü ərzində ən müxtəlif formalarda genişlənir və getdikcə daha artıq dərəcədə aşkar bir fahişəliyə çevrilir. Bu heterizm öz mənşəyini bilavasitə qrup nikahından, qadınların kənar kişilərlə əlaqədə olub bununla da özlərinə ismətli olmaq hüququ əldə etməkdən ötrü verdikləri qurbandan alır. Pul müqabilində kişilərlə əlaqədə olmaq əvvəllər dini bir mərasim idi, bu mərasim məhəbbət ilahəsinin məbədində icra edilirdi və pul əvvəllər məbədin xəzinəsinə daxil olurdu. Ermənistanda Anaitis hiyerodulları (hiyerodullar-qadınlar bir çox yerlərdə, xüsusən Ön Asiyanın şəhərlərində və Korinfdə məbəd fahişəliyi ilə məşğul olurdular), Korinfdə Afrodita hiyerodulları, habelə Hindistanın məbədlərdə xidmət edən və bayaderka adlanan (portuqaliya dilindəki «bailadeira»–rəqqasə sözünün təhrif olunmuş şəklidir) dini rəqqasələri ilk fahişələr idi. Kənar kişilərlə əlaqədə olmaq əvvəllər hər bir qadının vəzifəsi idi, sonralar isə sanki bütün qalanları əvəz edən ancaq bu kahinələrin borcu olmuşdu”.

Yazının müəllifinin kimliyinə diqqət çəksək, ermənilərin onu “qərəzli” adlandırması mümkün deyil. Digər tərəfdən, ermənilərin anti-türk təbliğatı apararaq hələ uşaq vaxtından övladlarını bu ruhda böyütdükləri sirr deyil.

Cebhe.info-ya açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi gənclərə belə sualların verilməsinin doğru olmadığını deyib:

“Avropada təhsil almış erməni gənc rejissorlar “Varde”(mənası qızılgül deməkdir) adlı film çəkiblər. Film erməni-fars münasibətlərindən bəhs edir. Filmin olmuş hadisələr əsasında çəkildiyi bildirilir. Filmdə körpə vaxtı atası ilə İranın Şiraz şəhərinə gələn erməni qızı övladı olamayan bir iranlı ailəsi böyüdür. Çünki Şiraza köçəndən bir bir müddət sonra qızın atası avtoqəzada ölür. Qız böyüyəndən sonra başqa bir iranlı ailənin gənc oğlu bu qızla evlənmək istəyir və toy ərəfəsində məlum olur ki, qız əslən ermənidir. Onda iranlı ailənin bütün üzvü və cəmiyyət həmin nikaha qarşı çıxırlar. Ona görə də toy baş tutmur. Bu misalı ona görə çəkdim ki, həm haqqında danışdığımız video ilə səsləşir, həm də ermənilərlə isti münasibəti olan farslar belə öz oğlanlarının erməni qızla ailə qurmasına razı olmurlar. Rusiyanın Kursk vilayətindəki Azərbaycan diasporunun nümayəndələri də eyni sualı orada yaşayan azərbaycanlılara veriblər ki, indiki zamanda erməni qızla evlənərsinizmi? Hamısı da “yox” cavabı verirlər. Bəlkə bunlar da həmin sualı ordan eşidiblər. Tanınmış aktyor Nurəddin Mehdixanlı da həmin təşkilatda müavindir. Yəni bu sualı xaricdə yaşayan vətəndaşlara vermək doğru olsa da, Azərbaycanda yaşayanlara vermək doğru deyil. Ermənilərin Flip Ekozyans adlı tarixçilərinin təzə kitabı çıxıb. O kitabda “Ermənilərin düşməni nə türkdür, nə də azərbaycanlı. Onların yeganə düşməni saxta tarixləridir. Mən istəyərdim ki, qardaşlarım öz saxta tarixlərini düzəltsinlər”,- deyə yazır. Ekozyans erməni tarixçilərinə sübut edir ki, onlar fransız tarixçi Jak Şardenin əsərində ermənilərin tarixi haqqında yazdıqlarını dəyişdirərək təqdim edirlər. Yəni konkret faktlarla bunu sübut edir. Erməni qadınlara “Türklə evlənərsinizmi?”sualını verdikdə, çox aqressiv cavab verərək türkü təhqir edirlər. Ona görə bizdə belə videoların çəkilməsi doğru deyil. Bu videolar indiki gəncləri səhv istiqamətdə yönəldərək, onlara erməni qızla evlənməyin “doğru addım” olması kimi yanlış fikir aşılayır”.

Sözügedən videoya tarixçi-alim Kərəm Məmmədli də münasibət bildirərək həmin mövzunu qoyanları “təxribatçı” adlandırıb:

“Mən anlamıram ki, niyə gənclərə belə suallar verirlər. Mövzu qəhətdirmi? Niyə həmin gəncliyə sual vermirlər ki, siz Laçının, Kəlbəcərin, Qubadlının və işğal olunmuş digər torpaqların azadlığı üçün nə etmisiniz? Deməli, sualın qoyuluşu və ideologiya doğru deyil. Digər tərəfdən, həmin gəncliyi də qınamaq olmur. Çünki bütün gün televiziya ekranlarında çal-çağırdan, təlxəklikdən başqa heç nə görmür. Bu karantin rejimində hamının evdə olmasından yararlanıb vətənpərvər filmlər təqdim etmək olardı. Məsələn, “Fəryad” filmi hətta hər gün göstərilməlidir. Çoxlu sosioloji mövzular var. Sosial sorğu adı altında insanlara belə suallar vermək onların milli hissini təhqir etməkdir. Evlənmək alın yazısıdır. Evlənəcəyin qadının haqqında hər şeyi 3 il ərzində bilmədinsə, hansı ailədən söhbət gedə bilər? Digər tərəfdən, 10 il səni aldadan qadınla necə evlənmək olar? Bu sualı səsləndirənlər sözün əsl mənasında təxribatçılardır. Bu millətin erməni qızı ilə evlənməyə cəhd edən nümayəndəsi, Gəncə xanının oğlu Kərəm (Əsli və Kərəm dastanı burdan yaranıb) oldu ki, onu da xalq yandırdı. Bu sualların mənbəyi bir neçə ildə formalaşan tarixi boşluqdan yaranır”.

Kərəm Məmmədli gənclərin əxlaqına təsir edən televiziya verilişlərindən də şikayətlənib:

“Bu neçə illər ərzində hansı tarixi qəhrəmanımız haqqında film çəkmişik? Orta Asiya xalqlarını tənqid edirdik ki, inkişafdan geri qalıblar. Amma Özbəkistan Cəlaləddin Mənquberdi haqqında çoxseriyalı film çəkib. Bəs biz nə çəkmişik? Qəhrəmanlar haqqında bir cizgi filmi də çəkməmişik. Biz milli dövlətik. Milli dövlətin də əsas ideologiyası millətçilikdir. Bizim kökümüz türk, dinimiz isə islamdır. Ona görə də bu ölkədə türk-islam amili təbliğ olunmalıdır. Dünyaya türk kimi gələnləri bugünki televiziya verlişləriylə türk kimi yetişdirmək mümkün deyil. Bir tərəfdən də sosial şəbəkələrdə yayılan bu mövzular gəncləri milli kimliyindən çox uzaq salır. Hər hansı bir erməni saytında heç zaman belə bir sual qoyula bilməz. Çar Rusiyası belə bizim nüvəmiz olan ailənin daxilinə nüfuz edə, onu dağıda bilmədi. Ancaq bu gün televiziyalar ailəmizə girir və dağıdır. Bir milləti məhv etmək üçün onu çal-çağırla məşğul etmək və ailə dəyərlərini məhv etmək kifayətdir. Hətta bəyənmədiyimiz sovet dövründə film olaraq “Əmir Teymur”u, “Çingiz Xan”ı çəkiblər. Tarix dərslərimizdə də bu boşluqlar çoxdur. Tarix kitablarında Şirvanşah İbrahimi qəhrəman, Qara Yusifi isə işğalçı kimi təqdim edirlər. Məntdə Şirvanşah İbrahimin tərəfində gürcü hakimi Konstantinin, Şəki hakimi Seyid Əhmədin olduğu, Qara Yusifin tərəfində isə Qarabağ, Naxçıvan, Qərbi və Cənubi Azərbaycan feodallarının olduğu yazılır. Əgər Qara Yusifi Naxçıvan,Qarabağ və Azərbaycan feodalları müdafiə edirsə, demək bu millətin qəhrəmanı da odur. Qara Yusif Əmir Teymura təslim olmur və teymuriləri Azərbaycandan çıxarır. Qara Yusifin atası Qara Məhəmməd “Çapaqçur” döyüşündə Teymura qalib gəlir. Şirvanşah İbrahim isə Teymura hədiyyələr və 8 qul apararaq “Ulu Əmir, 9-cu qul mənəm” deyir. Özünə qul deyən hökmdarın təbliğ olunduğu ölkədə qəhrəman yetişə bilməz. Bunlar hamısı bir-biri ilə əlaqəlidir. Yəni gənclərin milli kimliyi və qəhrəmanları onlara düzgün təbliğ olunmalıdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ