"Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.
Xeberleragentliyi.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezidentlə keçirilən videokonfransda məruzəsində deyib.
O qeyd edib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021- ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub:
"Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi , əldə olunan gəlirin 75 faizi miqdarında vergi güzəşti kimi. Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcələrinin 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və. s tədbirlər nəzərdə tutulur”.Qafqazinfo