Sizin reklam burada
Sizin reklam burada

Dünyanı əsirinə çevirən virus - ARAŞDIRMA

Dünyanı əsirinə çevirən virus - ARAŞDIRMA
ABŞ-ın “Forbes” jurnalı koronavirusun kəşf olunması tarixi ilə bağlı araşdırma dərc edib.

Həmin məqalədə bu gün bəşəriyyət üçün bioloji silah qədər təhlükəli olan bu infeksiyanın sirli əlamətləri göstərilir. Məlum olur ki, tibb elmi koronavirusun uzun tarixi var və alimlər onu müəyyən etmək üçün illər uzun təqdiqat aparıb. Nəticədə koronavirusun bir neçə növü tapılıb. Lakin koronavirusun tibb elminə məlum olmayan sipmtomları qalmaqdadır. Təsdiqini tapmış yeganə dəili isə tac şəkilli virusun bütün növlərinin eyni mənbədən qaynaqlanmasıdır.

Bəs bu ortaq nöqtə nədir?

Cebhe.info bununla bağlı “Forbes”in araşdırmasını oxuculara təqdim edir.

“2016-cı ildə Afinanın “Gigiya” xəstəxanasının təcili yardım şöbəsinə 45 yaşlı məktəb müəlliməsi daxil oldu. Siqaret çəkməyən, əvvəllər səhhətindən şikayəti olmayan qadında hərarətin qırxa yüksəlməsi, quru öskürək və güclü baş ağrısı kimi qeyri-müəyyən simptomlar idi. Təcili yardım həkimi onu müayinə etdi və sol ağciyərin aşağı hissəsində xırıltı olduğunu qeyd etdi. Patologiya döş qəfəsinin rentgen müayinəsi zamanı təsdiqini tapdı. Məsələnin bakterial pnevmaniya ilə bağlı olduğunu güman edən həkimlər qadına antibiotiklər yazdılar. Lakin yaxın iki gün ərzində onun səhhəti ağırlaşdı və laborator analizlər pnevmaniyanı aşkara çıxarmadı. Nəfəsi kəsilməyə başlayanda ona oksigen və yeni dərmanlar verildi. Eyni zamanda, xəstədən müxtəlif kəskin patogenlər, o cümlədən qrip, legionella, qaynar öskürək və digər ciddi tənəffüs xəstəlikləri, kəskin tənəffüs sindromu (SARS) və Yaxın Şərq tənəffüs sindromu (BRS / MERS) üçün analiz nümunələri götürdülər. Lakin heç nə tapmadılar. Əslində, yalnız bir analiz müsbət çıxdı. Bu xeyli heyrətləndirici idi və həkimlər hər şeyi yenidən yoxladılar. Hər şey öz təsdiqini tapdı. Xəstədə 229E adı ilə tanınan gizli bir infeksiya-ilk dəfə koronavirus aşkar edildi. Müəlliməyə yoluxub səhhətini ağırlaşdıran 229E infeksiyasının tədqiqatlarına 1960-cı illərdə başlanılmışdı. Onlar soyuqdəyməni doğuran virusu axtarırdılar. XX əsrin ortalarına qədər fərdi virusları təcrid etmək üçün üsullar ortaya çıxsa da bunlar həmişə işə yaramayıb. Məsələn, soyuqdəymə xəstələrinin təxminən 35 faizində müəyyən edilə bilməyən viruslar tapılmışdı. 1965-ci ildə Çikaqo Universitetinin tədqiqatçısı Doroti Hamre dəvəti qəbul etdi və bu çətin görünən ləkəni ləğv etmək qərarına gəldi. Toxuculuq mədəniyyətini öyrənən tələbələrdə soyuqdəymə xəstəliyini tədqiq edərkən o, yeni növ virus aşkar etdi və ona 229E adını verdi. Eyni vaxtda, həkim Devid Tirellerin rəhbərlik etdiyi ingilis araşdırmaçılardan ibarət qrup zökəmi tədqiq edirdi. Onlar da toxuma mədəniyyətini ayrıca götürdükdə, yeni növ virus aşkar etdiklərini zənn etdilər. Tirellinin komandası onu elektron mikroskop altında araşdırarkən məlum oldu ki, bu 1930-cu illərdə bronxit xəstəliyi olan toyuqlardan ifraz olunmuş virusa bənzəyir. Bu, insana yoluxduğu məlum olan ilk koronavirus idi. Harvard Tibb Məktəbinin doktoru Ken Makintoş bunu belə izah edir: “Heyvanlarda bu viruslar həmişə var. Məsələn, yoluxucu quş bronxiti virusu. O, quşçuluq sənayesində çoxdan bəllidir və bunun üçün peyvəndlər var”.

Bu gün bioloji tədqiqatlar ciddi təhlükəsizlik qaydaları və təcrid prosedurları ilə müşahidə olunur. Lakin yarım əsr əvvəl bu məsələlər daha asan idi. Tirellinin tapıntıları haqqında o vaxt qəzet məqaləsində deyilirdi: "Elm adamları 113 könüllünün burun boşluğunun ortasına nümunə yerləşdiriblər. Onlardan yalnız bir nəfərini soyuqdəymə tutub. Bu yetərli idi. Beləliklə, onun komandası yetişdiyi mədəniyyətlərdə təcrid olunmuş virusun olmadığını müəyyən etdi. Hamre və Tirrellinin kəşfləri zamanı doktor Makintoş ümumi soyuqdəymənin səbəblərini araşdıran Milli Səhiyyə İnstitutunun üzvü idi. Makintoşun komandası OC43 adlandırılan və indiyə qədər insan koronavirusu kimi tanınmış daha bir respirator infeksiyanı aşkara çıxartdı. 1968-ci ildə "koronavirus" termini ortaya çıxdı. Çünki elektron mikroskop altında onun səthi günəş atmosferinin xarici təbəqələrinə, taca bənzəyir. O dövrdə 229E və OC43 kimi yeni koronavirusların kəşfi mətbuatda qızgın maraq doğurdu. Bir məqalədə ehtiyatsızlıqdan elmin ümumi soyuqdəyməni aradan qaldırmaq şansını üç dəfə artırdığı elan edilmişdi. Ancaq Makintoş xatırladır ki, 2003-cü ildə SARS görünənə qədər elmi ictimaiyyət koronavirusların öyrənilməsinə lazımi diqqət yetirməyib. 229E və OC43 ağ ciyər xəstəliklərinə səbəb olduğu üçün həkimlər onları adi soyuqdəymə kimi-hərarəti aşağı salmaqla, bəlğəm çıxartmaqla və isti toyuq bulyonu ilə müalicə edirdilər. Sonra 2003-cü ildə SARS xəstəliyi baş verdi. Çində koronavirus ilə başlayan xəstəlik nəticədə 29 ölkəni yoluxdurdu. Virusun 8096 nəfəri yoluxdurmasına baxmayaraq, 774 ölüm halı qeydə alındı. Belə qorxulu dərəcədə yüksək ölüm nisbəti tədqiqatçıları ona yenidən baxmağa məcbur etdi. “SARS ortaya çıxdıqda, koronaviruslar dünyası birdən-birə dəyişdi , daha da genişləndi və ona texniki təfərrüatlar əlavə olundu”-deyə doktor Makintoş xatırladır.

İndiyə qədər koronavirusun soyuqdəyməyə səbəb olan daha iki növü aşkar edilib. Bunlar NL63 və HKU1-dir. Yalnız 2012-ci ildə, kəşfindən 50 il sonra “229E”nin geninin açılması tam ardıcıllığı ilə təmin edildi. Sağlam adamların əksəriyyətində soyuqdəymənin olmasına baxmayaraq, “229E”-nin immuniteti zəif xəstələrdə ağır tənəffüs çatışmazlığı simptomlarına səbəb olduğu bildirilir. SARS-ın yayılmasından sonra koronavirusların hərtərəfli öyrənilməsinə baxmayaraq, onlardan üçünün nəyə görə SARS-CoV-1, MERS-CoV və SARS-CoV-2 (COVID-19 pandemiyasının mənbəyi) daha ağır simptomlara və daha yüksək ölüm nisbətinə səbəb olması hələ məlum deyil. İnsandakı digər dörd koronavirus isə daha zəifdir. Ancaq onlarda yenə də ümumi bir şey var-yarasalar. İnsana yoluxan bütün məlum koronaviruslar yarasalardan gəlir. Sonra virus başqa heyvanlara keçdi (onlar üçün münbit mühit quş bazarları və açıq səma altındakı ərzaq bazarlarıdır) nəhayət, insanlara qədər gəlib çatdı. Beləliklə, OC43, yəqin ki, 18-ci əsrdən bəri dövr edir və insanlara ev heyvandarlıqdan ötürülür. MERS-CoV insanlara dəvələrdən keçib. Ara heyvanları da digər koronavirusların SARS-CoV-2 də daxil olmaqla insanlara ötürülməsində şübhəli bilinir. Yunan müəllimə sonda sağaldı. Xoşbəxtlikdən ona süni tənəffüs lazım olmadı. Müalicədən iki il sonra ağciyərlərinin müayinəsi onların sağaldığını və tam bərpa olunduğunu göstərdi. Buna baxmayaraq, adi soyuqdəymənin belə, ciddi fəsadları koronaviruslara qarşı mübarizədə əsas çətinliklərdən biridir: o, müxtəlif ağırlaşdırıcı əlamətlərə səbəb olur.

Bostondakı Xərçəng İnstitutunun SARS, BRS və COVID-19 üzrə mütəxəssisi Vayne Maraskonun sözlərinə görə, xəstəlik bəzi insanlarda tamamilə simptomsuz olur, digərləri isə ölür. Doktor Makintoş koronavirusların tədqiqatçıları çaşdırmağa davam edəcəyindən şübhələnir. Birincisi, onlar böyük və mürəkkəbdir. İkincisi, genetik səviyyədə nisbətən asanlıqla dəyişilə bilər. O, qeyd edir ki, bu viruslar asanlıqla sökülərək bu və digər hüceyrədə toplanır. Məhz bu cür mutasiyalar, yəqin ki, həm “SARS”a, həm də bugünkü pandemiyaya səbəb olur.

“Heyvanlardakı bütün viruslar arasında ən böyük ribonuklein turşusu genləri koronavirusdadır. Bu səbəbdən onun sirləri çoxdur”-doktor Makintoş belə deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ