Şəmkirdə kafelərdən birində mübahisə qanla nəticələnib.
1999-cu il təvəllüdlü F. Həsənov ürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
O, dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq 27 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Araşdıma zamanı məlum olub ki, F. Həsənova bıçaq xəsarətini aralarında baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü S. Tağıyev yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.

