Sizin reklam burada
Sizin reklam burada

1,5 metr məsafə də təhlükəli çıxdı:Bundan sonra bir-birimizdən daha aralı dayanacağıq? - YENİ ARAŞDIRMA

1,5 metr məsafə də təhlükəli çıxdı:Bundan sonra bir-birimizdən daha aralı dayanacağıq? - YENİ ARAŞDIRMA

Koronavirusun yayılmaması üçün bütün ölkələrdə 1,5 metr sosial məsafə saxlanılmasına dair qaydalar qüvvədə olsa da, ekspertlərin son rəyi bu məsələyə yenidən baxılmasını mümkün edir.

Cebhe.info xəbər verir ki, bu barədə “The Daily Mail" yazıb. Nəşrin yazdığına görə, çinli mütəxəssislər virusun 1,5 metrdən yox, hətta 4metrdən də yoluxdurmaya qadir olduğunu açıqlayıb.

Ekspertlər COVİD-19-un yayılma arealına dair apardıqları araşdırma sonunda bu nəticəyə gəliblər. Məlum olub ki, xəstəlik yaradan damcılar havada bir neçə saat qalır və 4 metr məsafədən də yoluxdura bilir. Alimlərin qənaətinə görə, bu damcılar əsasən xəstələrin müayinə və müalicə olunduğu xəstəxanalarda təhlükəlidir. Buralarda damcılar yatağın, qapı dəstəklərinin, zibil qablarının üzərində, hətta tibbi personalın ayaqqabılarının altında da qala bilər.

Xatırladaq ki, bundan əvvəl sosial məsafənin 1,5 metr olması qərarlaşdırılmış və bütün reklamlar, sosial çarxlar da bu məsafə üzərində qurulmuşdu.

Hazırda dünyada 1,7 milyon nəfərdə virus akarlanıb. 109 min nəfər ölüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ