Sizin reklam burada
Sizin reklam burada

Ucqarlara çatmayan DİSTANT TƏHSİL: - “Onlayn dərslərdən 10-15 faiz şagird faydalanır”

Ucqarlara çatmayan DİSTANT TƏHSİL: - “Onlayn dərslərdən 10-15 faiz şagird faydalanır”

Ölkədə karantin elan olunduqdan sonra, məktəblər artıq distant təhsilə keçid edib.

Yəni dərslər onlayn qaydada gündəliq olaraq şagirdlərə tədris edilir. Amma nəzərə alsaq ki, ucqar kənd və bəzi rayonlarda internet imkanları zəifdir o zaman bu ərazilərdə yaşayan şagirdlərin onlayn dərslərə qoşulmaqda çətinlik çəkdiyi qaçılmazdır.

Bəs, maraqlıdır internet imkanı olmayan uşaqların distant təhsil alması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdlərin onlayn dərslərdən və virtual məktəbdən istifadə etmələri üçün maddi texniki resurslara cəlb olunması lazımdır:

“İlk növbədə qeyd edim ki , 3 martdan etibarən ölkə ərazisində bütün tədris və bununla bağlı olan bütün fəaliyyətlər dayandırılıb, 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagird dərslərdən kənarda qalıb. Baxmayaraq ki, Təhsil Nazirliyi Tele Dərs və Virtual Məktəb layihələri ilə yaranmış boşluğu aradan qaldırmağa cəhd edir.

Real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür.

Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizdə aiddir. Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb.

Şagirdlərin onlayn dərslərdən və virtual məktəbdən istifadə etmələri üçün maddi texniki resurslara cəlb olunması lazımdır. Amma mövcud vəziyyətdə bu imkanlar yoxdur.

Koronavirus pandemiyası təhsildə onlayn sistemin həmişə aktiv halda olmasını zəruri etdi. Qonşu Gürcüstanda uşaqlara elektron dərslik və onlayn resurslardan istifadə etməsi üçün planşetlər paylanılıb. Düzdür, son 2 il ərzində ölkə üzrə 2124 ümumi təhsil müəssisəsinə 20,000 ədəd noutbuk paylanılıb. Amma bu avadanlıqlar bir çox hallarda məktəb direktorlarının şəxsi məqsədlərinə cəlb edilib.

Ona görə də təhsilin əlçatanlığının və davamlılığının təmin edilməsi, şagirdlərin elektron resurslardan istifadə edə bilməsi üçün onlara planşetlər verilməlidir. Bu hətta zərurət olacağı təqdirdə bəzi imtahanların onlayn keçirilməsinə də imkan verəcək.

Düşünürəm ki, şagird harasa getdikdə, rahatlıqla elektron dərsliyi daşıya bilir. Bundan əlavə, elektron dərsliklər oflayn proqramda işlədiyindən hər bir evdə internetin olması vacib deyil. Azərbaycanda da dərslik əvəzinə şagirdlərə planşetlərin paylanması daha yaxşı olardı. Bu, şagirdləri hər gün məktəbə kitab daşımaq yükündən azad edə, onların dərsə marağını artıra və keçdikləri mövzu üzrə daha çox məlumat əldə etməsinə imkan yarada bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ