Sizin reklam burada
Sizin reklam burada

Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz, amma...

Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz, amma...


“Nəqliyyat vasitələri sahiblərinin icbari sığorta müqaviləsi bitibsə, onlar onlayn şəkildə müqavilə bağlaya bilər”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, icbari sığorta müqaviləsinin ödənişləri də onlayn şəkildə ödənilir:


“Xüsusi karantin müddətində kimsə hansısa səbəbdən sığorta şirkətləri ilə müqavilə bağlaya bilmirsə, texniki problemin yaranma məsələsi nəzərə alınacaq. Belə ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə də həmin avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesi karantin rejiminin sonuna kimi dayandırılıb”.

Kamran Əliyev icbari sığorta müddətinin bitməsindən sonra karantin müddətində qəza baş veribsə, bununla bağlı prosedurun necə tənzimlənəcəyi barədə də danışıb:

“Əgər icbari sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədirsə, o zaman nə qarşı tərəfə dəyən ziyan, nə də avtomobilə dəymiş ziyan ödəniləcək”, - deyə K.Əliyev qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ