Sizin reklam burada
Sizin reklam burada

Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir

Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar cəmiyyətdə müsbət reaksiyalar yaradır.

Oxu.Az-ın məlumatına görə, bir neçə gündür ki, vətəndaşlar Azərbaycan dövlətinin iqtisadi itkiləri azaltmaq yönündə, sosial sferada həyata keçirdiyi tədbirlər planını alqışlayırlar.

Koronavirusun ziyan vurduğu sahələrin müəyyən olunması və zərərin qarşılanması, işsiz statusu olan şəxslərə birdəfəlik müavinətlərin verilməsi təqdirəlayiq hal kimi dəyərləndirilir.

Bu məqsədlə sakinlər öz fikirlərini ifadə etmək üçün Azərbaycan Prezidentinə müraciət ünvanlayırlar.

Azərbaycanın bütün regionlarından ölkə başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları dövlətin koronavirusa qarşı mübarizədə nə qədər effektiv işlər gördüyünün göstəricisidir.

Ağdamın Quzanlı qəsəbəsinin sakini Hacıağa Hacıyev yazır:

“Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verilməsi Prezidentin əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməsinin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin bir iş deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!”.

Bakı sakini Samir Abdullayev isə qeyd edir ki, “Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsalı müəssisəsinin açılışı ölkə başçısının xalqın yanında olmasının, daim vətəndaşları düşünməsinin daha bir sübutudur.

Lənkərandan Nurlan İbadov əminliyini ifadə edir ki, Prezidentin müdrik rəhbərliyi ilə tezliklə koronavirus bəlasından xilas olacağıq.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri adından dövlət başçısına ünvanlanan məktubda da dərin minnətdarlıq hissi ifadə edilir.

Yazılanlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan əhalisində dövlətin yürütdüyü siyasətə dərin inam və etibar var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ