Sizin reklam burada
Sizin reklam burada

Bakıda dəhşətli cinayət: Qayınata 4 uşaqlı gəlinini balta ilə qətlə yetirdi – Təfərrüat

Bakıda dəhşətli cinayət: Qayınata 4 uşaqlı gəlinini balta ilə qətlə yetirdi – Təfərrüat


Bakıda gəlinini öldürməkdə təqsirli bilinən 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Xeberlergentliyi.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib. Yaxın günlərdə bu dəhşətli cinayət işi üzrə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov 4 azyaşlı uşaq anası olan gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Firdovsi Məhərrəmov saxlanılıb.

Məlumata görə, hadisə mülk üstündə baş verib. Hadisə baş verən gün Firdovsi Məhərrəmov qızıgilə gedib. O, kürəkəni ilə dava edərək, qızıgilə verdiyi evdən çıxmasını tələb edib.

Kürəkəni tərəfindən evdən qovulan qayınata, Cəmilə Məhərrəmovanın yaşadığı ünvana gəlib. O, buradada eyni söhbəti edərək, oğlugilin evdən çıxmasını istəyib. Firdovsi Məhərrəmov hamını öldürəcəyini dilə gətirib.

Bu zaman Məhərrəmova nar ağacının altında qab yuyurmuş. Bundan şikayətlənən Firdovsi Məhərrəmov suyu ağacın dibinə tökməməsini istəyib.Qayınata arxadan balta ilə gəlinini vurub. Mərhumun böyük oğlunun gözü qarşısında Cəmilənin bədəninə 12 zərbə endirən Məhərrəmov onu sürüyərək evin arxasına aparıb. O, daha sonra polisə gedərək təslim olub.

4 uşaq anası olan Cəmilənin əri heyvandarlıqla məşğul olub. Hadisə baş verən zaman mərhumun həyat yoldaşı evdə olmayıb.

Firdovsi Məhərrəmov əvvəllər məhkum olunub. O, daha əvvəl öz qızını zorladığına görə cinayət məsuliyyətinə cəlb edilib.

Həmin vaxt ailə üzvlərinin şikayəti əsasında həbs edilən və 15 il müddətinə azadlıqdan məhrum olunan Firdovsi Məhərrəmovun cəzası sonradan azaldılıb. O, 11 il müddətində həbsxana həyatı yaşayandan sonra ötən iln aprelində azadlığa çıxıb.

İstintaq orqanı tərəfindən Firdovsi Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ