Sizin reklam burada
Sizin reklam burada

Bakı Polisindən paytaxt sakinlərinə çağırış - FOTO

Bakı Polisindən paytaxt sakinlərinə çağırış - FOTO

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır.

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

bildirilib ki, müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir.


İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib.

İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də, xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir:

“Pandemiya şəraitində vətəndaşları təmkin və anlayış göstərməyə, karantin tədbirlərinə dəstək olmaq məqsədilə özünütəcrid qaydalarına riayət etməyə çağırırıq”.
Bakı Polisindən paytaxt sakinlərinə çağırış - FOTO
Bakı Polisindən paytaxt sakinlərinə çağırış - FOTO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ