Qazax Səhiyyə Şöbəsinin özbaşnalıqlarından yazmışdıq və onu da qeyd eləmişdik ki, araşdırmalarımız davam edəcək.
Məlumat üçün bildirək ki, Qazax rayon Mərkəzi Xəstaxanasının Baş həkimi Sevda xanımın və müavini Allahverdi həkimin korrupsiya bulaşması heç də yeni məlumat deyil. Bu iki şəxs birləşərək ən çox da 1991-1994 -ci illərdə Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşən və yaralanan Qazilərimizə qan uddururlar. Belə ki, xəstəlikləri üzrə müalicə alan və hərbi həkim komissiyalarından yaralandıqları üçün rəsmi sənəd alan Qazilərimiz Sevda və Allahverdi həkimlər tərəfindən haqsız yerə incidilir. Belə ki, həmin Qazilərin bir çoxu ordudan təxris olunandan sonra sənədlərini düzəltməyiblər və ya düzəltdikləri sənədlərin bir çoxunu da bu sənəd dəllalları itiriblər. Bildiyimiz kimi döyüşdə yaralanan Qazilərimizin bir çoxu başlarından, yaii kəllə beyin travması alıblar. Başlarında və bədənlərinin bir çox yerlərində çapıq və yara izləri qalmaqdadır. Amma Qazax rayon Mərkəzi Xəstəxanasının nervipotoloqu Sonaya həkim və xəstəxana rəhbərliyi iddia edirlər ki, Hərbi Həkim Komissiyalarının verdikləri Tibbi rəylər saxtadır. Sizin gərək yaralarınızdan qan gəlsin və biz də inanaq ki, sizlər həqiqətən də yaralanmısız. Belə savadsızlara, həkim adlarına laiq olmayan Sevda Allahverdi və Sonaya tiriosuna başa salmaq lazımdır ki, 27 və ya 28 il il qabaq baş verən xəstəlik və ya yara yerlərindən indi qan gəlməz. Bu qansızlar bunları bildikləri halda belə yenə də Qazilərimizi incitməkdə davam edirlər. Ancaq rüşvətin müqabilində istədiklərini gerçəkləşdirə bilirlər. Yani bir sözlə Qarabağ Qaziləri bu üç şəxsin saxtakar əməlləri üzündən pis gündədirlər. Nə Sevda həkimin nə Allahverdi həkimin nə də Sonaya həkimin heç birinin ailəsində Şəhid olan və yaralanan olmayıb. Əgər olsaydı indi onlar da başa düşərdilər ki, Vətən üçün torpaq üçün canından keçmək nədir, Şəhid olmaq nədir, yaralanmaq nədir. Allahverdi həkim 7 nəfər Qarabağ Qazisindən 150 -200 manat pul alıb ki, sizə xəstəlik tarixi yazacam və sənədinizi düzəldəcəm. Amma Allahverdi həkimin verdiyi sənəd Sevda xanım və Sonaya xanım qəbul etmir ki saxtadır. Yani pulun varsa səni həqiqətən Qazi kimi qəbul edirlər. Yox əgər pulun yoxdursa və ya bunların dedikləri qədər rüşvət vermirsənsə deməli sən Qazi deyilsən. Vətəni və torpağı üçün canlarından keçən Qazilərimizə yaxıda adlarını çəkdiyimiz 3 şəxs sözün əsl mənasında qan uddururlar. Qazax səhiyyəsində baş verən digər özbaşnalıqlar və rüşvətlə bağlı araşdırmalarımız davam edəcək.
.
Müəllif: Şahlar Şıxməmmədöv