arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bakıda qardaşı arvadını vəhşicəsinə öldürən kişi tutuldu

Bakıda qardaşı arvadını vəhşicəsinə öldürən kişi tutuldu

Xəbər verdiyimiz kimi, martın 26-da Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Belə ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində öldürülməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ